Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Faxralı kəndində fəaliyyət göstərən “Arıçılıq” Mərkəzində aparılan elmi tədqiqat işləri ilə tanış olub. Mərkəzin direktoru t.f.d., dos. Samir Mahmudov müəssisənin fəaliyyəti barədə icra başçısına geniş məlumat verib. Mərkəzin istifadəsində olan 83 hektar torpaq sahəsində becərilən tut bağlarına, arıçılıq üçün …
Daha ətraflıXəbərlər
Arıçılıq təsərrüfatına səfər
05.02.2021-ci il tarixində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutun “Arıçılıq” Mərkəzinin əməkdaşları Goranboy rayon Quşçular kənd sakini Afiq Allahverdiyevin təsərrüfatına səfər edib, arıçının mələz və qarışıq cinslərdən ibarət olan 11 arı ailəsinə baxış keçiriblər. Arıxanaya baxış zamanı məlum olmuşdur ki, iki arı ailəsi məhv olub. Araşdırma zamanı müəyyən edilib ki, arı ailələrindən birinin …
Daha ətraflıBaramaçılığın yem bazasının gücləndirilməsi məqsədi ilə 1800 ədəd tut (çəkil) tingi Mərkəzin əməkdaşları tərəfindən əkilmişdir
Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlətlər Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinin iştirakı ilə baramaçılığın yem bazasının gücləndirilməsi məqsədi ilə 1800 ədəd tut (çəkil) tingi Mərkəzin əməkdaşları tərəfindən əkilmişdir. Tut (çəkil) bağında ağaclara aqrotexniki qulluqların və becərilmə işlərinin aparılması Mərkəz …
Daha ətraflıŞəhidlərimiz 1 dəqiqəlik sükütla yad edilib
2783. Şəhidlər ölməz! Ruhunuz qarşısında baş əyirik! Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzində Şəhidlərimiz 1 dəqiqəlik sükütla yad edilib.
Daha ətraflıLavanda sahəsində bərpa işləri
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzində arı ailələrin yem təminatının artırılması məqsədi ilə Mərkəzin lavanda sahəsində bərpa işləri aparılır.
Daha ətraflıCovid-19 pandemiyasına qarşı yoluxma dərəcəsinin artmasının qarşısının alınması məqsədi ilə görülən tədbirlər
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzində Covid-19 pandemiyasına qarşı yoluxma dərəcəsinin artmasının qarşısının alınması, xəstəliyə qarşı mübarizə tədbirlərinin davamlı olaraq həyata keçirilməsi, əməkdaşların sağlamlığı düşünülərək Mərkəzdə profilaktik tədbirlər davam etdirilmiş, inzibati bina və mətbəx, əşyalar, iş və yardımçı-köməkçi otaqlar, sahələr, avadanlıqlar, bütün ərazi xüsusi kimyəvi məhlul …
Daha ətraflı“ARIÇILIĞIN MÖVCUD VƏZİYYƏTİ, PROBLEMLƏRİ VƏ GƏLƏCƏK İNKİŞAF PERSPEKTİVLƏRİ” mövzusunda videokonfrans
10 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, “Arıçılıq” Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Arıçılar Assosiasiyasının iştirakı ilə “ARIÇILIĞIN MÖVCUD VƏZİYYƏTİ, PROBLEMLƏRİ VƏ GƏLƏCƏK İNKİŞAF PERSPEKTİVLƏRİ” mövzusunda videokonfrans keçirildi. Videokonfransın plenar iclasında Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Aqrar Elm …
Daha ətraflı“Arıçılıq” Mərkəzinin elmi işçisi Sevda Sadıxova və mütəxəssisi Fariz Salmanov Goranboy rayonunun Quşçular kəndində
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinin elmi işçisi Sevda Sadıxova və mütəxəssisi Fariz Salmanov Goranboy rayonunun Quşçular kəndində Gültəkin xanımın dəvəti ilə onun arıçılıq təsərrüfatında olmuşlar. Əməkdaşlar dəyərli məsləhətlər vermiş, təsərrüfatda ailələrin idarə olunmasında buraxılan nöqsanlar yerində düzəldilmişdir. Təsərrüfat rəhbəri öz minnətdarlığını bildirmişdir.
Daha ətraflı“Arıxanada payız və qış baxışının təşkili” mövzusunda təlim
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinin aparıcı mütəxəssisi Anar Əliyev tərəfindən əməkdaşların bilik və bacarıqlarının artırılması üçün “Arıxanada payız və qış baxışının təşkili” mövzusunda təlim keçirilmişdir. Təlimdə ətraflı müzakirələr aparılmış, verilən suallar təlimçi tərəfindən cavablandırılmışdır.
Daha ətraflıBeynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəsi Arıçılıq mərkəzində
20 avqust 2020-ci il tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəsi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda olmuşdur. BQXK təmsilçisi institutdakı laboratoriyalarla və HETİ nəzdindəki “Arıçılıq mərkəzi” ilə tanış olmuş və mərkəzdəki digər təsisatlara, o cümlədən, süni mayalanma laboratoriyasına da baş çəkmişdir. Görüş zamanı tərəflər iki qurum arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparmışlar.
Daha ətraflı