Ana səhifə / Konfrans və görüşlər / “ARIÇILIĞIN MÖVCUD VƏZİYYƏTİ, PROBLEMLƏRİ VƏ GƏLƏCƏK İNKİŞAF PERSPEKTİVLƏRİ” mövzusunda videokonfrans

“ARIÇILIĞIN MÖVCUD VƏZİYYƏTİ, PROBLEMLƏRİ VƏ GƏLƏCƏK İNKİŞAF PERSPEKTİVLƏRİ” mövzusunda videokonfrans



10 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, “Arıçılıq” Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Arıçılar Assosiasiyasının iştirakı ilə “ARIÇILIĞIN MÖVCUD VƏZİYYƏTİ, PROBLEMLƏRİ VƏ GƏLƏCƏK İNKİŞAF PERSPEKTİVLƏRİ” mövzusunda videokonfrans keçirildi.

Videokonfransın plenar iclasında Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Esmira Lətifova, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinin rəisi Samir Mahmudov çıxış etdilər.

Daha sonra konfrans iştirakçılarının məruzələri dinlənildi. İlk öncə Türkiyənin Bursa Uludağ Universitetinin professoru Levent Aydın “Pətək güvəsinə nəzarət” mövzusunda çıxış etdi. Daha sonra Türkiyənin Samsun şəhər Kənd təsərrüfatı və meşə idarəsinin əməkdaşı Ali Korkmaz “Arıçılıqda damazlıq problemləri” mövzusunda danışdı. Sonra Türkiyənin arı südü istehsalı üzrə ixtisaslaşmış arıçısı Azərbaycanda baldan başqa, digər arı məhsullarının istehsalının inkişaf etdirilməsi ilə bağlı öz dəyərli məsləhətlərini verdi. Daha sonra çıxış edən “Peşəkar Arıçılar Birliyi”nin sədri Elxan Ələkbərov “Arıçılıq inventarlarının və avadanlıqlarının təchizatında mövcud problemlər və onların həlli yolları” mövzusunda öz fikirlərini söylədi. Sonra “Arıçılıq” Mərkəzinin mütəxəssisi Anar Əliyev dünya təcrübəsində varroa gənəsinə qarçı mübarizə üsullarından bəhs etdi. Peşəkar arıçı Rüfət Nərimanzadə isə ümumən arıçılıq təsərrüfatlarının idarə edilməsi və bu prosesdə beynəlxalq təcrübənin inteqrasiyasından danışdı. Sonra arıçılıq mütəxəssis İlqar Rəhimov “Arı xəstəliklərinin və zərərvericilərinin müalicəsində, profilaktikasında müasir müalicə metodları” mövzusunda məruzə ilə çıxış etdi. “Sweet Gold”-un bölgə nümayəndəsi Tural Əmiraslanov isə arıçılıqda yem təminatı məsələlərinə toxundu. Sonda peşəkar arıçı Vahid Məmmədov “Ərazilərdə arıxanaların yerləşdirilməsi problemləri” mövzusunda məruzə etdi.

Videokonfrans geniş diskusiya şəraitində keçdi, iştirakçıları maraqlandıran bu və ya digər məqamlara və suallara aydınlıq gətirildi, problemlər müzakirə olundu.