Ana səhifə / Xəbərlər / Peşəkar arıçılarla görüş keçirilib.

Peşəkar arıçılarla görüş keçirilib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzində arıçılığın mövcud vəziyyəti və perspektivlər istiqamətində fikir mübadiləsi aparmaq məqsədi ilə peşəkar arıçılar İlqar Rəhimov və Taleh Vəliyevlə görüş keçirilmişdir.

Onların elmi-praktiki bilik və bacarıqları əyani şəkildə dinlənilmiş, arıçılıqda seleksiya-damazlıq işlərinin təşkili, arı ailələrinin illik idarə edilməsi proqramları, gələcəkdə görülməsi vacib olan işlər müzakirə edilmişdir.

Hər iki şəxsə dəvətimizi qəbul etdiyi üçün təşəkkürümüzü bildirərək bir daha bəyan edirik ki, “Arıçılıq”  Mərkəzi hər zaman bütün arıçılarla, eyni zamanda təsərrüfatçılarla görüş üçün hazırdır, qapılarımız hər birinizin üzünə açıqdır.