Ana səhifə / Xəbərlər / “Arıçılıq” Mərkəzinin əməkdaşları ProFARMS layihəsinin Dəyirmi Masa ətrafında keçirilmiş təqdimatında iştirak ediblər.

“Arıçılıq” Mərkəzinin əməkdaşları ProFARMS layihəsinin Dəyirmi Masa ətrafında keçirilmiş təqdimatında iştirak ediblər.

“Arıçılıq” Mərkəzinin əməkdaşları SOCAR Sosial Sərmayələr Təşəbbüsləri çərçivəsində Ağdaş, Ucar və Yevlax rayonlarında icra olunacaq ProFARMS layihəsinin Dəyirmi Masa ətrafında keçirilmiş təqdimatında iştirak ediblər. Təqdimatda Ucar və Ağdaş rayon İcra Hakimiyyətinin və bələdiyyələrinin nümayəndələri, fermerlər, Yevlax Kiçik və Orta Biznes Evinin (KOB evi) nümayəndələri və digər əlaqədar təşkilatların rəhbər heyətləri də olublar. Təqdimatdan sonra qarşılıqlı müzakirələr aparılıb, “Arıçı­lıq” Mərkəzinin də layihənin icrasında iştirakı tərəfdaş kimi dəstəklənib.

Layihənin ümumi məqsədi Cənubi Qafqaz Boru Kəməri (SCP) boyunca yerləşən 3 hədəf rayonda iqtisadi inkişafa və ekoloji davamlılığa töhfə verməkdir. Sosial Sərmayələr SOCAR və tərəfdaşlarının fəaliyyətlərindən təsirlənən ərazilərdə uzunmüddətli sosial və iqtisadi inkişafı təşviq etmək üçün davamlı şəkildə həyata keçirilən təşəbbüslərdir.

Layihə çərçivəsində Ağdaş, Ucar və Yevlax rayonlarının seçilmiş 18 icmasında 300-ə yaxın benefisiar üçün tərəvəzçilik, arıçılıq və meyvəçilik üzrə texniki təlimlər keçirilir və onların təsərrüfatlarına kiçik biznesin inkişafına dəstək məqsədilə töhfə verilir.