Ana səhifə / Xəbərlər / Arıçılıqla bağlı təlim keçilib.

Arıçılıqla bağlı təlim keçilib.

05.03.2021-ci il tarixində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinin əməkdaşı Fariz Salmanov tərəfindən “Arıxanada yaz işləri və arıların yaz mövsümünə hazırlanması” mövzusunda onlayn təlim keçilib. Təlimdə Göygöl, Goranboy, Samux və Quba DAİM-lərinin nümayəndələri və fermer-arıçılar iştirak edib. Təlimdə arıçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb, mövzu barəsində geniş diskusiya aparılıb, arıçılara dəyərli tövsiyələr verilib.