31 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinin əməkdaşları tərəfindən növbəti monitorinq Göygöl rayonu ərazisində aparılmışdır. Göygöl rayon Azərbaycan Arıçılıq Assosasiyasının sədri Yavər Əliyevin də iştirak etdiyi monitorinqdə rayon ərazisində heç bir arıçılıq təsərrüfatında ölüm hallarına rast gəlinməmişdir. Təsərrüfat rəhbərləri ilə birgə arı ailələrinin payız və erkən yaz dövrlərində idarə olunması, arı xəstəlikləri və arıçılığın digər istiqamətləri üzrə müzakirələr aparılmışdır.