Ana səhifə / Xəbərlər / İcra başçısı “Arıçılıq” Mərkəzinə səfər edib.

İcra başçısı “Arıçılıq” Mərkəzinə səfər edib.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Faxralı kəndində fəaliyyət göstərən “Arıçılıq” Mərkəzində aparılan elmi tədqiqat işləri ilə tanış olub.
Mərkəzin direktoru t.f.d., dos. Samir Mahmudov müəssisənin fəaliyyəti barədə icra başçısına geniş məlumat verib. Mərkəzin istifadəsində olan 83 hektar torpaq sahəsində becərilən tut bağlarına, arıçılıq üçün istifadə olunan lavanda plantasiyalarına və yeni istifadəyə verilən İstixana kompleksinə baxış keçirilib.
İcra Başçısı mərkəzin əməkdaşlarına arıçılığın inkişafında milli genofonun qorunub saxlanılması və daha da geniş inkişafı ilə bağlı tövsiyələrini bildirib.