05 aprel 2019-cu il tarixində ARKTN-nin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun ,,Arıçılıq” Mərkəzi və ARKTN-nin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları ilə birgə ,,Arıların sağlamlığı və intensiv arıçılıq” mövzusunda elmi-praktiki Seminar keçirilmişdir.
Seminarda Aqrar Elm və İnnovasiya Mərkəzinin “Elm Şöbəsi”-nin müdiri Faiq Xudayev, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, HETİ-nin “Arıçılıq” Mərkəzinin rəisi Allahverdi Seyidov, HETİ-nin “Arıçılıq” Mərkəzinin aparıcı mütəxəssisi Bahar Şükürova, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Masallı Eksprimental bazasının müdiri Əbülfəz Şahmarov və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun “Balıq və arı xəstəlikləri şöbəsi”-nin müdiri Afət Süleymanova məruzələrlə çıxış etmişdirlər.
Keçirilən elmi-praktik seminarda arıçıları maraqlandıran suallar cavablandırılıb. Mərkəzdə 200-ə yaxın arı ailəsinin saxlandığı və Respublikamızıda ilk dəfə olaraq burada Türkiyəli mütəxəssislərin iştirakı ilə süni mayalanma yolu ilə 70 ana arı mayalanaraq genofonda daxil olunduğu vurğulanıb. Bu arıların çoxaldılaraq arıçılara verilməsi üçün elmi təcrübələr davam etdirilir.