05.02.2021-ci il tarixində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutun “Arıçılıq” Mərkəzinin əməkdaşları Goranboy rayon Quşçular kənd sakini Afiq Allahverdiyevin təsərrüfatına səfər edib, arıçının mələz və qarışıq cinslərdən ibarət olan 11 arı ailəsinə baxış keçiriblər.
Arıxanaya baxış zamanı məlum olmuşdur ki, iki arı ailəsi məhv olub. Araşdırma zamanı müəyyən edilib ki, arı ailələrindən birinin məhv olmasına payızın son dönəmində ana arının ölməsi, arıların yeni ana arı yetişdirməyə başlaması, lakin bu prosesi başa çatdıra bilməməsi və nəticə etibarı ilə ailənin az sayda qoşunla anasız vəziyyətdə qışa girməsi səbəb olmuşdur.
Digər pətəklərdə isə arı ailəsinin ölümünə qonşu arıxanada olan arıların basqını səbəb olmuşdur.
Qalan pətəklərə baxış zamanı arıların uçuşu diqqət yetirilib, arıların arxa ayaq səbətciklərində çiçək tozu gətirmələri müşahidə edilib. Bu isə artıq yeni mövsümün başlanması deməkdir.
Arı ailələrində artıq təzə ana arı yumurta qoymağa, arı ailəsi də fəaliyyətə başlayıb. Baxış zamanı arı ailəsinin mövsümə və normaya uyğun qoşun olması müəyyənləşib, yem ehtiyatlarının yerində olması, ailənin düzgün istiqamətdə hərəkəti müşahidə edilib.