Ana səhifə / Xəbərlər / Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzində arı ailələrinin ilkin yaz yemləməsi və gənəyə qarşı profilaktiki tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzində arı ailələrinin ilkin yaz yemləməsi və gənəyə qarşı profilaktiki tədbirlər həyata keçirilmişdir.

05 aprel 2019-cu il tarixində ARKTN-nin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun ,,Arıçılıq” Mərkəzi və ARKTN-nin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının birgə keçirdikləri ,,Arıların sağlamlığı və intensiv arıçılıq” mövzusunda Seminar keçirilmiş və arıçı fermerlərə məsləhətlər verilmişdir.

ARIÇILIQ MƏRKƏZİNİN FƏALİYYƏTİ GENİŞLƏNDİRİLİR

2013-cü ildə Aqrar Elm Mərkəzinin Rəyasət Heyətinin Qərarı ilə R.A.Hüseynov adına Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun nəzdində “Arıçılıq” laboratoriyası yaradılmışdır. Bunun əsasında 4 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 87 nömrəli əmri ilə ARKT-nin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində “Arıçılıq” Mərkəzi fəaliyyətə başlamışdır. Burada arı genofondunun toplanması, damazlıq-seleksiya işinin təşkili, suni mayalandırma, xəstəlik-zərərvericilərlə mübarizə, balverən bitkilərin toxum və tingçiliyinin yaradılmasına dair tədqiqatlar aparılmağa başlamışdır.

Fəaliyyəti ərzində Türkiyənin Hacettepe Universitetinin arı və arı məhsullarının tətbiqi və arı araşdırmaları mərkəzi ilə, Gürcüstan Arıçılıq İttifaqı ilə birgə elmi əməkdaşlığa dair müqavilələr bağlamışdır.

2014-2015-ci illərdə Gəncə şəhərində Arıçılığın İnkişafına dair Azərbaycan – Türkiyə elmi əməkdaşlığının I və II Toplantısı keçirilmişdir.