20 avqust 2020-ci il tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəsi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda olmuşdur. BQXK təmsilçisi institutdakı laboratoriyalarla və HETİ nəzdindəki “Arıçılıq mərkəzi” ilə tanış olmuş və mərkəzdəki digər təsisatlara, o cümlədən, süni mayalanma laboratoriyasına da baş çəkmişdir. Görüş zamanı tərəflər iki qurum arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparmışlar.
Daha ətraflı"Arıçılıq" Mərkəzi
“Arıçılıq” Mərkəzində də bal süzümündən sonra gənələrə qarşı mübarizə tədbirləri
Arı ailələrində rast gəlinən parazitlərdən biri də varroa gənələridir. Varroa gənəsinin dişi fərdləri əsasən arı ailələrində sürfələr çox olduqda, qapalı yuvalarda, az olduqda arıların üzərində olur. Ona görə də qapalı sürfələrin ən az olduğu vaxtlarda varroa gənələri pereparatların təsirinə açıq olur. Lakin nəzərə almaq lazımdır ki, balın kimyəvi zəhərlənməməsi üçün …
Daha ətraflı“Arıçılıqda yem təminatı” mövzusunda təlim
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinin əməkdaşı Ramiz Nəcəfov tərəfindən “Arıçılıqda yem təminatı” mövzusunda təlim keçirilmişdir.
Daha ətraflı“Efiryağlı bitkilərin arıçılıqda və digər sahələrdə əhəmiyyəti” mövzusunda təlim
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinin əməkdaşı Günəş Ələsgərova tərəfindən əməkdaşların bilik və bacarıqlarının artırılması üçün “Efiryağlı bitkilərin arıçılıqda və digər sahələrdə əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir.
Daha ətraflı“Arıçılıq” Mərkəzində “YUVA- M ARIÇILIQ” MMC-nin məhsulu olan peno-palestroil yeşiklərə arı ailələrinin köçürülməsi
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzində “YUVA- M ARIÇILIQ” MMC-nin məhsulu olan peno-palestroil yeşiklərə arı ailələrinin köçürülməsinə başlanılmışdır. Məqsəd arı ailələrinin inkişafında peno-polestroil yeşiklərlə taxta yeşiklərin müqayisəli öyrənilməsidir. Bundan başqa, MMC rəhbərliyi ilə əldə olunmuş razılaşmaya əsasən arı təsərrüfatı sahibləri belə yeşikləri “Arıçılıq” Mərkəzindən də əldə …
Daha ətraflıTanınmış arıçı Mübariz Cəfərovla görüş
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinin əməkdaşları tanınmış arıçı Mübariz Cəfərovla görüşmüşlər. Görüş zamanı arı xəstəlikləri, xəstəliklərin müalicəsi və profilaktiki işlərin yerinə yetirilməsinə dair geniş fikir mübadilələri aparılmışdır. Yaxın gələcəkdə birgə əməkdaşlığın edilməsi, elmi-praktiki təcrübələrin geniş yayılması ilə istiqamətləri müəyyənləşdiirlmişdir. Görüş xoş təəssüratlarla yadda qalmışdır.
Daha ətraflı“Arıçılıq” Mərkəzinin əməkdaşları Tovuzda
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinin əməkdaşları Tovuz rayonuna səfər edərkən “YUVA- M ARIÇILIQ” MMCnin rəhbəri Qəzənfər Yusifovla görüş keçirilmişdir. Görüşdə məqsəd pandemiya dövründə karantin tədbirlərinə uyğun olaraq, arıçılıqda təsərrüfat sahiblərinin karantin postlarından keçə bilməmələri səbəbindən onların 4-cü nəsil peno-palestroil yeşiklərə əlçatanlığına köməklik etməkdir. Belə ki, …
Daha ətraflıRAMAZAN BAYRAMINIZ MÜBARƏK!
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzi olaraq hər birinizi Müqəddəs Ramazan Bayramı münasibəti ilə ürəkdən təbrik edir, sizə bol ruzi-bərəkət və xoşbəxtlik arzulayırıq. Allah tutduğunuz orucları və etdiyiniz ibadətləri qəbul etsin.
Daha ətraflı“Arıçılıq” Mərkəzində Vebinar təşkil olunub.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinin əməkdaşları tərəfindən vebinar təşkil olunub.
Daha ətraflıTəsərrüfatlara səfər
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinin əməkdaşları Goranboy rayonunun Faxralı kəndində Vahid müəllimin arıçılıq təsərrüfatında oldular. Vahid müəllimlə söhbətimiz bizdə nə qədər yüksək təəssürat yaratdısa da, təsərrüfatı da bir o qədər təqdirəlayiq idi. Ruziləri bol olsun bütün zəhmətkeşlərimizin.
Daha ətraflı