Ana səhifə / Xəbərlər / Arıçılıq mövsümünün başlanması ilə bağlı təlim keçirilib.

Arıçılıq mövsümünün başlanması ilə bağlı təlim keçirilib.

10.02.2021-ci il tarixində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinin əməkdaşı Anar Əliyev tərəfindən “Arıçılıq mövsümünün başlanması” mövzusunda onlayn təlim keçilib. Təlimdə Balakən, Zaqatala, Qax, Şəki və Oğuz DAİM-lərinin nümayəndələri iştirak edib. Təlimin mövzusu ilə bağlı zəngin slayd materialı nümayiş etdirilib, arıçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb, mövzu barəsində geniş diskusiya aparılıb.