“Arıçılıq” Mərkəzində yeni əkin sahələrinin yaradılması məqsədi ilə oturaq arıçılığın yem bazasının təşkil edilməsində qeyri-ənənəvi bitki hesab edilən lavanda bitkisinin şitiltutma prosesi həyata keçirilir.
Antiseptik tərkibə malik Lavanda bitkisi tərkibinə görə həm təbabətdə, həm də kosmetika sənayesində qiymətli bitki hesab edilir.