Ana səhifə / Xəbərlər / “Arıçılıq” Mərkəzində də bal süzümündən sonra gənələrə qarşı mübarizə tədbirləri

“Arıçılıq” Mərkəzində də bal süzümündən sonra gənələrə qarşı mübarizə tədbirləri


Arı ailələrində rast gəlinən parazitlərdən biri də varroa gənələridir. Varroa gənəsinin dişi fərdləri əsasən arı ailələrində sürfələr çox olduqda, qapalı yuvalarda, az olduqda arıların üzərində olur. Ona görə də qapalı sürfələrin ən az olduğu vaxtlarda varroa gənələri pereparatların təsirinə açıq olur.
Lakin nəzərə almaq lazımdır ki, balın kimyəvi zəhərlənməməsi üçün əsas nektar gəlirinə 3 həftə qalmışdan bal süzülənə qədər arıya heç bir preparat vermək olmaz və 3 çərçivədən az gücə malik arı ailələri dərmanlanmamalıdır. Həm də çox soyuq (qış) və çox isti (+30-dan yuxarı) havalarda bir çox preparatlardan istifadə etmək olmaz.
“Arıçılıq” Mərkəzində də bal süzümündən sonra gənələrə qarşı mübarizə tədbirləri aparılmışdır.