Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzində Covid-19 pandemiyasına qarşı yoluxma dərəcəsinin artmasının qarşısının alınması, xəstəliyə qarşı mübarizə tədbirlərinin davamlı olaraq həyata keçirilməsi, əməkdaşların sağlamlığı düşünülərək Mərkəzdə profilaktik tədbirlər davam etdirilmiş, inzibati bina və mətbəx, əşyalar, iş və yardımçı-köməkçi otaqlar, sahələr, avadanlıqlar, bütün ərazi xüsusi kimyəvi məhlul qarışığı ilə dezinfeksiya olunmuşdur.
Əməkdaşlara xüsusi davranış qaydaları bir daha izah edilmiş, açıq və qapalı məkanlarda mütləq şəkildə tibbi maskadan və tibbi spirtdən istifadə etmələri, sosial məsafəni qorumaları və digər vacib xüsusiatlara riayət etmə tələbləri nəzərə çatdırılmışdır.