21 dekabr 2018-ci il tarixdə Seyidov Allahverdi Kamıl oğlu və Əlizadə Mehriban Cəmşid qızının Şəmkir rayonunda “Arıçılıq məhsullarının tədarükü və mövcud problemlər” mövzusunda keçirilmiş təlim-seminarda istehsal edilən bal və digər arı məhsullarının tədarükündə, qablaşdırılmasında mövcud olan problemlərdən və onların aradan qaldırılma yollarından danışılmışdır. Arıçılar bu cür təlimlərin tez-tez keçirilməsini dilə gətirmiş və balın qəbulu, qablaşdırılmasına dair emal müəssisəsinin tezliklə yaradılmasına köməklik olunmasını təklif etmişlər.
Xəbərə aid şəkillər: