Ana səhifə / Xəbərlər / 10 dekabr 2018-ci il

10 dekabr 2018-ci il

Ölkəmizdə aparılan iqtisadi islahatlar neftdən kənar sahələrdən biri hesab edilən kənd təsərrüfatının aparıcı sahəyə çevrilməsinə münbit şərait yaradıb. Bu aparıcı sahələrindən biri də arıçılıqdır. Ölkəmizdə arıçılıq sahəsinin inkişaf etdirilməsi istiqamətində aparılan işlərin hesabına 2021-ci ildə Dövlət Proqramına uyğun olaraq arı ailələrinin sayının 600 minə, bir arı ailəsinin orta məhsuldarlığının 15-16 kq-a, illik bal istehsalı həcminin isə 9-10 min tona çatdırılması hədəflənmişdir.

Bu mühüm vəzifələrin həyata keçirilməsində “Arıçılıq” Mərkəzinin əməkdaşları vaxtaşırı olaraq fermerlərlə görüşlər keçirir, seminarlar təşkil edirlər. Damazlıq işinin təşkili laboratoriyasının müdiri Məmmədov Musa Şərif oğlunun iştirakı ilə 10 dekabr 2018-ci il tarixdə Zərdab DAİM-də “Boz dağ Qafqaz arısının təmiz qanlı xəttinin yaradılması və ölkənin ana arıya olan ehtiyacının təmin edilməsi yolları” mövzusunda keçirilmiş təlim-seminarda Azərbaycanın brendi olan Boz dağ Qafqaz arısının təmiz qanlı xəttinin yaradılmasından və bu cinsin üstünlükləri haqqında fermerlərə geniş məlumatlar verilmişdir.

Xəbərə aid şəkillər: