Ana səhifə / Konfrans və görüşlər / Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsiləm kənd əhalisinin yaşayışının yaxşılaşdırılması layihəsinin müzakirəsi

Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsiləm kənd əhalisinin yaşayışının yaxşılaşdırılması layihəsinin müzakirəsi

20161125-222 noyabr 2016-cı il tarixdə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ( FAO-nun) dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyində icra edilən “Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması layihəsi” çərçivəsində arıçılığın inkişaf etdirilməsində damazlıq materialı kimi istifadə olunmaq üçün seçilmiş yeni təmiz qanlı Boz dağ Qafqaz arı cinsinin əldə edilməsi istiqamətində görülən işlər barəsində və cinsin təqdimatı ilə əlaqədar 23 noyabr 2016-cı il tarixdə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdindəki Arıçılıq Mərkəzində respublika arıçılarının iştirakı ilə seminar keçirilmişdir.

20161125-7Yeni damazlıq xəttinin xüsusiyətləri FAO-nun arıçılıq üzrə  beynəlxalq eksperti Əhməd İnci tərəfindən şərh edilərək bunun üstünlükləri haqqında əyani materiallardan istifadə edərək geniş məlumat verdi. Onun dediyi kimi son dövrlərdə dünya tədqiqatçıları tərəfindən aparılmış tədqiqatlarla sübut edilmişdir ki, arı ailələrinin tələfatının 25%-i ana arının ölümü hesabına baş verir. Bu da nəticə etibarilə arıxanalarda bal məhsuldarlığının aşağı olmasına gətirib çıxarır. Bu baxımdanyeni təmiz qanlı Boz dağ Qafqaz arı cinsinin aşkar edilərək damazlıq material kimi isitifadə olunan yeni damazlıq xəttinin respublikanın müxtəlif 20161125-1rayonlarında arıçıların verilməsini arıçılığın inkişafında dönüş kimi qəbul etmək olar. Növbəti arıçılıq mövsümündən etibarən respublikada yaradılmış damazlıq genofond arıxanaları ana arı yetişdirərək satışının təşkil edilməsinə tam hazırdır.

Seminarda arıçılıq təsərrüfatlarının nektarlı bitkilərlə təminatı, kadr hazırlığı  və arı xəstəliklərinin aşkarlanaraq aradan qaldırılması məsələləri ətrafında da geniş müzakirələr aparıldı.

Tədbirdə Nazirlik Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev iştirak etmişdir.