Ana səhifə / Rəhbərlik

Rəhbərlik

Mahmudov Samir Həsənoğlu Mahmudov Samir Həsən oğlu 13 aprel 1976-cı ildə Azərbaycan Respublikasının Goranboy rayonunun, Qızılhacılı qəsəbəsində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirərək Aqromühəndislik ixtisasını almış, 1997-ci ildə ildə Azərbaycan Dövlət Aqrar Universitetində mağistraturaya qəbul olmuş, 1999-cu ildə Magistratura pilləsini bitirərək Aqrar istehsalatın mexanikləşdirilməsi ixtisası üzrə magistr elmi dərəcəsi almışdır.
2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2001-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetində stajçı-müəllim kimi elmi-pedoqoji fəaliyyətə başlamış, həmin ildən dissertanturaya qəbul olmuş, 2007-ci ildə “Fermer təsərrüfatları şəraitində torpağa veriləcək qidalı məhlul kondisiya-laşdırılmasının texnologiya və vasitələri” mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 27 may 2008-ci il tarixli 19-k nömrəli qərarı ilə ona texnika elmləri namizədi alimlik dərəcəsi verilmişdir. 2001-2017-ci illər ərzində Azərbaycan Dövlət Aqrar Universitetində stajçı-müəllim, assistent, baş müəllim, dosent əvəzi, dosent vəzifələrində, 2009-cu ildən 2014-cü ilədək paralel olaraq 1 ştat vahidi ilə həmin Universitetin Elm şöbəsinin müdiri, Doktorantura üzrə inspektor vəzifələrndə işləmişdir.
2011-2016-cı illər ərzində Azərbaycan Dövlət Aqrar Universitetində elmlər doktorluğu proqramı üzrə doktoranturada qiyabi təhsil almış, hal-hazırda doktorluq dissertasiyası üzərində işləyir. 28 ədəd elmi məqalənin, 5 ədəd konfrans materialının, 1 ədəd tövsiyənin müəllifi, 1 ədəd dərs vəsaitinin, 2 ixtiranın və 1 fənn proqramının həmmüəllifidir.
01 dekabr 2014-cü il tarixindən Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində stajçı, sınaq müddətində və daimi dövlət qulluqçusu kimi işləyərək kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi almış və yaşayış yerini dəyişməsi ilə əlaqədar 07 may 2018-ci il tarixində öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
Ailəlidir, 2 övladı var.
Samir Mahmudov 12.06.2018-ci ildən 11.09.2018-ci il tarixədək Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda Təsərrüfat şöbəsinin müdiri, 11 sentyabr 2018-ci ildən hal-hazıradək həmin İnstitutda Elmi katib vəzifəsində işləyir və paralel olaraq 16 mart 2020-ci il tarixdən “Arıçılıq” Mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edir.