Ana səhifə / Azərbaycanda arıçılığın tarixi

Azərbaycanda arıçılığın tarixi

Ölkə başçısının rəhbərliyi altında Azərbaycan Respub­li­kasının aqrar sektorunda biznesin formalaşdığı bir şəraitdə istehsalın inkişaf etdirilməsi, onun səmərəliliyinin yüksəl­dil­məsi və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı geniş miqyaslı kompleks tədbirlər həyata keçirilməkdə davam edir. Keçid iqti­sa­diy­ya­tını başa vuraraq yeni inkişaf erasına daxil olan ölkəmiz ötən illərdən başlayaraq iqtisadi isla­hat­ların məzmununu daha da dərinləşdirərək yeni müs­tə­viyə keçir­mişdir. Bu da öz növbəsində iqtisa­diy­yatın real sekto­run­da dinamikliyi yüksəldib, neftdən kənar sahələrdən biri hesab edilən kənd təsərrüfatının aparıcı sahəyə çevril­mə­sinə münbit şərait yaradıb.

Dünyada genlərin transplantasiyası zamanınadək arıçılıqdan yalnız bal və mum məh­sul­ları alınırdısa, müasir dövrdə daha müxtəlif çeşidlərdə – arı zəhəri, vərəmum yaxud “propolis”, arı südü, çiçək tozcuğu, güləm və s. insanların sağlam­lı­ğının qorunmasnda, xəstəliklərinin müalicəsində, kosmik tədqiqatlarda, kosmeto­lo­giyada, habelə xalq təsərrüfatının bir sıra sahələrində istifadə edildiyi bir həqi­qətdir. Ona görə də XX əsrdə xalq təbabətində yeni bir müalicə üsulu: arı məh­sul­ları ilə müalicə – api­te­ra­pi­ya sürətlə inkişaf etməyə başlamışdır.

Ənənəvi məşğuliyyət növlərindən biri olan arıçılıq qədim ta­rixə malikdir. Hələ eramızdan əvvəl IX-VIII əsrlərdə Zaqafqa­zi­yada arıçılıqla məşğul olmuşlar. X-XII əsrlərdə isə Azər­bay­canda arıçılıq da­ha da inkişaf etmişdir. Hətta həmin dövrlərdə xaricə arıçılıq məhsullarından – bal, mum və s. satılmışdır. Dahi Ulu Şeyx Nizami və mütəfəkkir Xaqani Azərbaycan balını öz şeir­lə­rin­də ilham coş­ğusu ilə tərənnüm etmişlər.

Ölkəmizdə arıçılığın qədimliyi bir də onunla izah edilir ki, kifayət sayda yaşayış məntə­qə­lərimiz və yerlər arı və onun məhsul­la­rı­nın adı ilə məşhurdur. Bu adların əksər hissəsi bu gün də qal­maq­da­dır. Gədəbəy rayonundakı Arıqıran, Arısu kəndlərini, Ağdərə rayo­nun­dakı Arıqayasını, Ballıqayanı, Şahdağdan başlan­ğıcını götü­rən Arısu çayını misal kimi göstərmək olar.

Tarixboyu arıçılığın inkişaf etdirilməsinin əsas məqsəd­lərin­dən biri də in­san­la­rı qiymətli pəhriz və müalicəvi qida məhsulu sayı­lan balla, xalq təsərrüfatını mum­la, təbabəti arı zəhəri, arı südü və s. ilə təmin etməkdən ibarət olmuşdur.

Arıların xeyirli cəhətindən asılı olaraq insanların ona olan maraq-diqqəti əsrlər boyu artmış və qədim dövrdən bu sahə primitiv də olsa, pərakəndə halda da olsa öyrənilməyə başla­nılmışdır. Arılar haqqında ilk və sadə məlumatlara qədim yunan alimi Aristotelin (b.e.ə. 384-322) və başqa alimlərin fikirlərinə rast gəlsək də, bu sahə­nin ciddi öyrənilməyə başlanılması XVII əsrə təsadüf edir. Məsələn, ana arının yumurta qoyması haqqında ilk dəfə 1586-cı ildə İspaniya alimi De Torrez məlumat vermişdir. Ç.Batler  (İngiltərə) 1609-cu ildə erkək arı, 1637-ci ildə Rem­nanton işçi arının cinsi haqqında məqalə vermişdir. Svam­mer­dama (1637-1680) “Təbabətin bibliyası” kitabında arıların quru­lu­şu haqda yazı dərc etmişdir.

XVII-XVIII əsrlərdə Reomyun (1683-1757), Şirak (1761), Fransua Qruber (1750-1831) arıların anatomiyası, metamorfozu, təs­nifatı, morfologiyası, bio­lo­gi­ya­sı, faunası və s. haqqında bir çox təd­qi­­qatlar aparmış və əsərlər yazmışlar.

A.P.Boqdanov 1865-ci ildə iqlimə uyğunlaşma cəmiyyəti ya­ratmış və onun nəzdində elmi-tədqiqat arıxanası təşkil etmişdir. Bu­rada  L.A.Tixomirov, N.M.Ku­la­gin, Q.A.Kojevnikov elmi-təd­qi­qat işlərinə cəlb edilmişlər.

XIX-XX əsrlərdə Rusiyada görkəmli alimlərdən A.M.But­le­rov, B.B.Alpanov, İ.M.Ko­mar­ov, L.İ.Perepelova, F.A.Tyunin, Q.F.Ta­­­­taranov, Rəfael Səlimov, Türki­yə­də Behri Yılmaz, Kadriyyə Sorkun, Əhməd İnci, Azərbaycanda Rəhim İbra­hi­mov və başqaları da arı ailə­lərini tədqiq etmiş və bir sıra təkliflər hazırlamışlar.

Arıçılığın ardıcıl inkişaf etdirilməsində məşhur kimyaçı alim A.M.Butlerovun da (1828-1886) xüsusi rolu olmuşdur. O, Mos­kva­da Ümum­rusiya sərgisi nəzdində arıçılıq şöbəsini və onun nümu­nəvi arıxanasını yaratmışdır. Buraya  müxtəlif arı cinsləri top­lamış, arı­çılı­ğa dair mühazirələr oxumuşdur. Onun arıçılığa dair yazdığı kitablar, məqalələr arıçılığın inkişaf et­di­rilməsində xü­susi əhəmiy­yət kəsb edir. İlk dəfə olaraq Qafqaz arılarının əhə­miy­­yətini və gələ­cəyə ma­lik olmasını qabaq gö­rən­liklə bildir­mişdir.

Rumınyada “APIMONDIYA” Ümumdünya Arıçılıq Cəmiy­yə­ti­nin yaradılması arıçılığın inkişaf edilməsində xüsusi rol oynadı.

Azərbaycan torpaqlarının ibtidai insanların ən qədim məskən­lə­rindən olduğunu və arxe­o­loq­ların “Azıx” mağarasında apardıqları qa­zıntılar nəticəsində üzərində arı şəkli olan kasa (kuvşin) tapdığını nəzərə alsaq, arıçılığın yaşı 150 min il bundan əvvələ təsadüf edir. Bu da o demək­dir ki, bizim əcdadlarımız balı nəinki tanımış, hətta belə ondan qida məhsulu kimi də istifadə etmişlər.

Böyük təsərrüfat əhəmiyyətinə malik arıların öyrənilməsi Azər­baycanda 1950-ci ilə qədər yox dərəcəsində olmuşdur. Respub­likamızda ilk tədqiqat işləri qeyd edilmiş illərdən sonra aparılmağa başlanılmışdır. Azərbaycanda arıçılığın inkişaf edil­mə­sində R.İ.İb­ra­himovun, Ə.M. Quliyevin xidmətləri əvəz edilməz­dir. R.İ.İbra­himov 1950-1955-ci illərdə arıçılıq haqqında ilk dəfə kitab yazan alim­lər­dən bir olmuşdur. Akademik Ə.M.Quliyev res­pub­lika əra­zisində bal bit­ki­lərinin yayıl­ma­sını, onların xüsusiy­yətini, xüsusilə nek­tar ifraz etmə qabiliyyətini öyrənməklə arıçı­lı­ğın inkişaf etdiril­məsi üçün ge­niş imkanların mövcudluğunu dəfələrlə qeyd etmişdir.

Onu da deməliyik ki, keçmiş Sovetlər Birliyində 26 fevral 1946-cı il tarixdə “Arı­çılığın inkişaf etdirilməsi” Qərarı ilə arıların cins təmizliyini qoruyub sax­la­maq, arıçılığı daha da inkişaf etdirmək üçün dövlət damazlıq stansiyaları, arıçılıq fermaları və arı xəstəliklərini öyrənmək üçün xüsusi müəssisələr təşkil olundu. Yaradılmış arıçılıq sovxoz və kolxozlarda tozlandırma və arıyetişdirmə istiqa­mə­tin­də mühüm addımlar atıldı. Bu qərardan altı il sonra Respublikada arıçılıq təsər­rü­fatlarına rəh­bərlik etmək məq­sədilə Azərbaycan Kənd Təsərrüfatı Nazirli­yin­də 1952-ci il aprelin 1-də arı­çı­lıq idarəsi də təşkil edilmişdir.

Bundan əlavə ölkəmizdə arıçılığın öyrənilməsinə dair M.Rə­him­zadə, N.Və­li­yev, Q.Sul­tan­lı, M.Seyidov, R.Sultanovun və b. bir sıra elmi tədqiqat işləri apar­mış­lar.

Yurdumuzun bəzəyi hesab edilən Azərbaycan torpağını, insan qəlbinə fərəh verən, xoş ətirli, gül-çiçək təbiətini ən gözəl nemət­lə­r­dən biri hesab edilən arılarsız təsəvvür etmək qeyri-müm­kündür. Gəncə­basarda-əzəmətli Qoşqar və Kəpəzin ətək­­lə­rində, Göygölün ətra­fın­da, Hacıkənd meşələrində təbii-iqlim şəraiti ilə əlaqə­dar olaraq arıçılıqla ilkin dövrlərdən məşğul olunmuşdur. Dahi Nizami Gəncə­vi­­nin, eləcə də Gəncədə yazıb yaratmış bir sıra sənətkarların əsər­­lə­rində, səyyahların, tacirlərin, dərvişlərin yol qeydlərində bu haqda maraqlı məlu­matlar vardır.

Arıçılıq ibtidai-icma quruluşu dövründə insanların ən maraqlı məşğuliyyəti ol­muşdur. O dövrdə arıçılıq dağlıq və meşə zonaların­da geniş yayılmağa başla­mış­dır.

Hələ eramızdan qabaq IX-VIII əsrlərdə Zaqafqaziyadakı Urar­tu dövlətinin əra­zi­sində də arıçılıqla məşğul olunmasına dair kifayət qədər tarixi faktlar bu gün də mövcuddur.

Onu da bilirik ki, toponimik adlar mənşəcə daha qədimdir. Azər­­baycan əra­zi­sin­də Balçılı kəndi, Balliqaya, Ballıca, Arıtəpə, Arıqayası, Arısukəndi və s. kimi toponimlərin olması da təsər­rüfatın bu sahəsinin qədimliyini sübut edir.

Vəhşi arılardan bal və mum almaq əsrlər boyu davam etsə də, bu məşğuliyyəti hələ arıçılıq adlandırmaq olmazdı. Çünki bal və mum toplamaqla məşğul olan qə­dim insanlar arıları qorumaq və ar­tır­maq qayğısına qalmır, ona əməlli-başlı qulluq etməyi bacar­mır­dı­lar.

Mənbələrdən məlum olur ki, Azərbaycanda hələ qədim za­man­­lardan arıçılıq həm də müstəqil təsərrüfat sahəsi olmuşdur. Qaf­qaz kəndlilərinin təsərrüfat məi­şə­ti­nin tədqiqatçılarından olan N.N.Şav­rov bu ərazini “arının vətəni”, “arıçılığın be­şiyi” adlan­dı­rmışdır.

Gürcü alimi A.İ.Robakidze göstərir ki, arıçılığın  ən qədim iz­lə­ri Qafqazda mü­şa­hidə edilir. Onun yazdığına görə, təbii şəraitin və iqlimin əlverişliliyi ballı bitki­lə­rin zənginliyi nöqteyi-nəzərindən bir o qədər fərqlənməyən Azərbaycanda və Gür­cüs­tan­da eyni arı cinsi yayılmışdır. Gürcüstan və Azərbaycan xal­qı­nın yaşa­dı­ğı ərazi hələ üst paleolit dövründən başlayaraq arı­çı­lı­ğın çox inkişaf etdiyi yerlərdən biri olmuşdur.

Azərbaycan ərazisində tarixən qonur və boz rəngli arılar məs­kən salmışlar. Hə­min arılar dağ və dağətəyi bölgələrdə yayıl­maqla mövsüm ərzində meşə, çəmən və otlaqlarda olan bitkilərin çiçək­lə­rinin dərin qönçələrindən nektar şirəsini topla­maq­la qidalanmışlar. Beləliklə, həmin arılarda min illər ərzində bitkilərin xüsusiyyət­lərinə xas olan uzun xortumluluq və eyni zamanda çiçəklər arasında seçim etmə­mək əlaməti yaranmışdır ki, bu da onu başqa növ arılardan fərqləndirən əsas sə­ciy­yəvi xüsusiyyətlərdəndir.

Birinci dəfə rus alimi, akademik A.M.Butlerov (1877) Qaf­qaz arılarının ol­duqca mülayim xüsusiyyətə malik olmasını və gələ­cək­də də onlardan geniş istifadə olunacağı haqqında məlumat vermiş­dir. Sonralar K.A.Qorbaçov (1906, 1916) bu ərazilərdə müəy­yən xüsu­­siy­yətlərə malik boz və sarı arıların olmasını müşa­hidə etmiş­dir.

Bal arılarına dair ilk elmi anlayış XVII əsrə aiddir. Ölkə­miz dün­­yanın  ən məş­hur arı­la­rın­dan biri olan, bal arılarının məh­şur və tə­sər­rüfat baxımından əhəmiy­yətli Qabaqtəpə, Şahdağ, Şə­ki, Ordubad popul­ya­­siyalarına və s.-ə həyat vermiş Boz dağlıq Qafqaz arısının vətənidir.

Qabaqtəpə arısını Azərbaycanda ilk dəfə olaraq A.S.Skorikov (1927) Daş­kə­sən rayonunun Qa­baq­təpə kəndi ərazisində aşkarladığı üçün həmin arıları Qabaqtəpə arıları adlandırmışdır. Bundan sonra Avropanın digər ölkələrində, Gən­­cə­­basar əra­zi­sində yerləşən Qabaqtəpə arısına olan maraq artmışdır.

Dünyanın bir çox ölkələrinin, o cümlədən Azərbaycanın alim­ləri və arıçıları həmin cins-populyasiyaların yetişdirilməsi və bütün dün­yaya yayılması üzərində işləmişlər. Ölkəmizdə arıları lap qədim zaman­lar­dan tanımış, istifadə etmiş və ona ehtiramla yanaşmışlar. Artıq IV əsdə Azərbaycan ərazisində meşə arıçılığı – ağac koğu­şundan bal toplanması, yaxud “bal ovu”, XVIII əsrdən isə şəxsi arıçılıq təsər­rü­­fat­­­ları geniş yayılmışdır. Arıçılığın qədim ocaqları Gəncə-Qazax, Qu­ba-Xaçmaz, Şəki-Zaqatala, Şamaxı, Lənkəran-Astara, Kəlbəcər-Qubadlı, Dağlıq Qarabağ, Naxçıvan regionları sayılır. Həmin böl­gə­lərin balverən bitkilərlə zəngin yerləri və əlverişli iqlimi vardır. Azərbaycan arıçılığı pətəklərin müxtəlifliyi – ağac, budaq, gil və samandan hazırlanan səbət və təknə pətək­lərlə maraq doğurur.

Azərbaycanda arıçılığın tarixi dərin köklərə və zəngin təc­rü­bəyə malikdir. 1919-cu ildə “Arıçılığın mühafizəsi haqqında” Dekret qəbul edilmişdir. Sənədə görə, arıçı kəndlilər əvvəllər tutulan “arı pulu” vergisindən azad edilirdilər. XX əsrin 50-90-cı illərində Azər­baycanda arıçılıq dövlətə və arıçıların özlərinə xeyli gəlir gətirən çox inkişaf etmiş sahəyə çevrilmişdi. Rəsmi məlu­matlara görə, Azər­bay­canda 10 mindən çox kənd sakini arıçılıqla məşğul olurdu. Demək olar ki, bütün kolxozların iri arıçılıq təsər­rüfatları, 10 ixtisas­laş­dı­rılmış arıçılıq sovxozu, Lən­kə­randa və Balakənddə ittifaq əhəmiyyətli arıyetişdirmə sovxozu fəaliyyət göstərirdi. Qabaqtəpə və Boz dağlıq Qafqaz ana arıları təkcə Rusiyaya deyil, dünyanın bir çox ölkələrinə aparılırdı. Statis­tikaya görə ölkəmizdə  arı ailələrinin sayı 300-450 min təşkil edirdi. Alimlər isə onların sayının 8-10 dəfə artırılmasını tövsiyə edirdilər. Onların fikrincə, Azərbaycanda möv­cud olan 9 iqlim qur­şağının bal­ve­rən bitkilərlə zəngin yerlərindən, habelə iqlim xüsusiyyətlərindən səmərəli istifadə edilməsi şərti ilə buna nail olmağın mümkünlüyünü göstərirdilər. Azər­bay­can balı istər respub­li­ka­mızda, istərsədə xa­ricdə yüksək qiymət­lən­dirilirdi. Azər­baycanın misilsiz müalicəvi bal çeşidləri olan dağ may balı, sitrus meyvə­lə­rin­dən və cənubdakı dağ çəmənlərindən toplanmış Lənkəran balı, Lerikin cökə balı bütün dünyada layiqincə qiymətləndirilmiş və qəbul olun­muş­dur. XIX əsrin 70…80-ci illə­rin­də Şamaxı arıçılıq sovxo­zunun may balı dəfələrlə Mos­kvada Xalq Təsər­rüfatı Nailiyyətləri Sərgi­sində nümayiş etdi­rilmiş və medallara layiq görülmüşdür. Buna baxmayaraq, Sovetlər Birliyində arıçılıq Rusiya Federasiyasında, Ukraynada olduğu kimi Azər­baycanda müstəqil bir elm sahəsi kimi tədqiqatlara cəlb edilməmişdi. Buna baxmayaraq, 1889-cu ildə Muğanda Qafqaz İpəkçilik Stansiyasının nəzdində təşkil edilmiş arıxanaların Cənubi Qafqaz üçün rasional arıçılıq mərkəzlərinə çevrilməsi praktikasını, həmçinin son zamanlarda bütün dünyanın bu sahəyə xüsusi diqqət yetirməsini, dəstək verməsini, Azərbaycanda da arıçılığın tədqiqatına dair bir müstəqil araşdırma mərkəzinin olmadığını yəqinləşdirdikdən sonra Az.ET İpəkçilik İnstitutunun nəzdində arıçılıq laborato¬riya¬sının yaradılmasına (05.X. 2012-ci il, AEM RH-nın 04 №li qərarı) nail olduq.

İlk olaraq Respublika üzrə arıçılığın vəziyyəti araşdırıldı və hər bir arıçının saxladığı arı populyasiyasına dair, həmçinin arıçının özü haqda məlumatlar toplandı, nəşr edildi. Az sonra, yəni,  2014-cü ilin iyulunda Türkiyənin Hacəttəpə Universitetinin Arı və Arı Məhsulları Araşdırma Mərkəzi ilə birgə Gəncədə “Arıçılığın inkişafına dair Azərbaycan-Türkiyə əməkdaşlığı TOPLANTISI-I” keçirildi. Bundan sonra, 5-9 noyabr 2014-cü il tarixlərində İnstitutun əməkdaşları Türkiyənin Muğla şəhərində eyni zamanda birgə keçirilmiş “4.Beynəlxalq Muğla Arıçılıq və Cam Balı Konqresi” və “20.Apislaviya Konqresi”nə dəvət edildilər. Nəticədə  Azərbaycan balının Türkiyə tərəfi ilə birgə Avropa standartları əsasının işlənməsi gündəmə gətirildi və işlər davam etdirilir.

2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə qəbul edilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Döv­­lət Proqramı”, 2008-ci ildə “2008-2015-ci illərdə Azərbaycan Respub­li­ka­sın­da əha­li­nin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, 2009-cu ildə “Arıçılıq haq­qında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində başlan­mış işlərin davam etdirilməsi məqsədilə hazırlanmış, 27 fevral 2014-cü il tarixdə ölkə Prezi­dentinin imzaladığı Fərmanla qüv­və­yə minmiş “Azərbaycan Respub­li­kası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Döv­lət Proqra­mı” məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi iqtisadi proqramın məntiqi da­va­mı idi. Region­larda kənd təsərrüfatının, o cümlədən, arıçılığın canlanması ölkənin ahəngdar inkişa­fı­nın hə­­yata keçirilməsi üçün mühüm strateji bir addımdır.