Ana səhifə / "Arıçılıq" Mərkəzi

"Arıçılıq" Mərkəzi

“ARIÇILIĞIN MÖVCUD VƏZİYYƏTİ, PROBLEMLƏRİ VƏ GƏLƏCƏK İNKİŞAF PERSPEKTİVLƏRİ” mövzusunda videokonfrans

10 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, “Arıçılıq” Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Arıçılar Assosiasiyasının iştirakı ilə “ARIÇILIĞIN MÖVCUD VƏZİYYƏTİ, PROBLEMLƏRİ VƏ GƏLƏCƏK İNKİŞAF PERSPEKTİVLƏRİ” mövzusunda videokonfrans keçirildi. Videokonfransın plenar iclasında Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Aqrar Elm …

Daha ətraflı

“Arıçılıq” Mərkəzinin elmi işçisi Sevda Sadıxova və mütəxəssisi Fariz Salmanov Goranboy rayonunun Quşçular kəndində

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinin elmi işçisi Sevda Sadıxova və mütəxəssisi Fariz Salmanov Goranboy rayonunun Quşçular kəndində Gültəkin xanımın dəvəti ilə onun arıçılıq təsərrüfatında olmuşlar. Əməkdaşlar dəyərli məsləhətlər vermiş, təsərrüfatda ailələrin idarə olunmasında buraxılan nöqsanlar yerində düzəldilmişdir. Təsərrüfat rəhbəri öz minnətdarlığını bildirmişdir.

Daha ətraflı

“Arıxanada payız və qış baxışının təşkili” mövzusunda təlim

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinin aparıcı mütəxəssisi Anar Əliyev tərəfindən əməkdaşların bilik və bacarıqlarının artırılması üçün “Arıxanada payız və qış baxışının təşkili” mövzusunda təlim keçirilmişdir. Təlimdə ətraflı müzakirələr aparılmış, verilən suallar təlimçi tərəfindən cavablandırılmışdır.

Daha ətraflı

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəsi Arıçılıq mərkəzində

20 avqust 2020-ci il tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəsi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda olmuşdur. BQXK təmsilçisi institutdakı laboratoriyalarla və HETİ nəzdindəki “Arıçılıq mərkəzi” ilə tanış olmuş və mərkəzdəki digər təsisatlara, o cümlədən, süni mayalanma laboratoriyasına da baş çəkmişdir. Görüş zamanı tərəflər iki qurum arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparmışlar.

Daha ətraflı

“Arıçılıq” Mərkəzində də bal süzümündən sonra gənələrə qarşı mübarizə tədbirləri

Arı ailələrində rast gəlinən parazitlərdən biri də varroa gənələridir. Varroa gənəsinin dişi fərdləri əsasən arı ailələrində sürfələr çox olduqda, qapalı yuvalarda, az olduqda arıların üzərində olur. Ona görə də qapalı sürfələrin ən az olduğu vaxtlarda varroa gənələri pereparatların təsirinə açıq olur. Lakin nəzərə almaq lazımdır ki, balın kimyəvi zəhərlənməməsi üçün …

Daha ətraflı

“Arıçılıq” Mərkəzində “YUVA- M ARIÇILIQ” MMC-nin məhsulu olan peno-palestroil yeşiklərə arı ailələrinin köçürülməsi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzində “YUVA- M ARIÇILIQ” MMC-nin məhsulu olan peno-palestroil yeşiklərə arı ailələrinin köçürülməsinə başlanılmışdır. Məqsəd arı ailələrinin inkişafında peno-polestroil yeşiklərlə taxta yeşiklərin müqayisəli öyrənilməsidir. Bundan başqa, MMC rəhbərliyi ilə əldə olunmuş razılaşmaya əsasən arı təsərrüfatı sahibləri belə yeşikləri “Arıçılıq” Mərkəzindən də əldə …

Daha ətraflı

Tanınmış arıçı Mübariz Cəfərovla görüş

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinin əməkdaşları tanınmış arıçı Mübariz Cəfərovla görüşmüşlər. Görüş zamanı arı xəstəlikləri, xəstəliklərin müalicəsi və profilaktiki işlərin yerinə yetirilməsinə dair geniş fikir mübadilələri aparılmışdır. Yaxın gələcəkdə birgə əməkdaşlığın edilməsi, elmi-praktiki təcrübələrin geniş yayılması ilə istiqamətləri müəyyənləşdiirlmişdir. Görüş xoş təəssüratlarla yadda qalmışdır.

Daha ətraflı

“Arıçılıq” Mərkəzinin əməkdaşları Tovuzda

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinin əməkdaşları Tovuz rayonuna səfər edərkən “YUVA- M ARIÇILIQ” MMCnin rəhbəri Qəzənfər Yusifovla görüş keçirilmişdir. Görüşdə məqsəd pandemiya dövründə karantin tədbirlərinə uyğun olaraq, arıçılıqda təsərrüfat sahiblərinin karantin postlarından keçə bilməmələri səbəbindən onların 4-cü nəsil peno-palestroil yeşiklərə əlçatanlığına köməklik etməkdir. Belə ki, …

Daha ətraflı