Ana səhifə / Xəbərlər / “Arıçılıq” Mərkəzinin əməkdaşları Tovuzda

“Arıçılıq” Mərkəzinin əməkdaşları Tovuzda



Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Arıçılıq” Mərkəzinin əməkdaşları Tovuz rayonuna səfər edərkən “YUVA- M ARIÇILIQ” MMCnin rəhbəri Qəzənfər Yusifovla görüş keçirilmişdir. Görüşdə məqsəd pandemiya dövründə karantin tədbirlərinə uyğun olaraq, arıçılıqda təsərrüfat sahiblərinin karantin postlarından keçə bilməmələri səbəbindən onların 4-cü nəsil peno-palestroil yeşiklərə əlçatanlığına köməklik etməkdir. Belə ki, qarşılıqlı razılaşmaya əsasən yeşik nümunələri Mərkəzə gətirilmişdir. Bu eyni zamanda az sayda ehtiyacı olan şəxslərin təminatıyla bərabər, sahibkarlığın inkişafına da dəstəkdir. Bundan başqa, peno-palestroil yeşiklərlə digər materiallardan hazırlanan yeşiklərdəki arı ailələrinin inkişaf dinamikasının öyrənilməsi planlaşdırılmışdır.